PSJ 11 futbolçunu bu səbəbə görə qovur

Bir sıra transferlər həyata keçirən PSJ klubu 11 futbolçunu göndərməyə qərar verib.

Metbuat.az xəbər verir ki, onlar arasında əsas heyət oyunçuları da var. Bildirilir ki, PSJ-nin Çempionar Liqasındakı uğursuz çıxışı rəhbərliyi belə qərar qəbul etməyə məbcur edib. “L'Equipe” qəzetinin məlumatına görə, PSJ Keylor Navas, Julian Draksler, Abdou Diallo, Kolin Daqba, Xuan Bernat, Layvin Kurzava, Huqo Ekitike, Mauro İkardi və Pembeleni göndərir. Məlumata görə, Kilian Mbappe yeni müqavilə imzalamasa o da klubdan göndəriləcək.

Qeyd edək ki, PSJ bu mövsüm Marko Asensio, Milan Skriniar Manuel Uqarteni transfer edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR