Prezidentin yüksək vəzifə verdiyi Mirsaleh Seyidov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.

Metbuat.az xəbər verir ki, o, bu təyinata qədər nazir Fikrət Məmmədovun əmri ilə 2016-cı ildən Penitensiar Xidmətin Əməliyyat – Rejim İdarəsinin rəisi vəzifəsində olub.

Mirsaleh Seyidov həmçinin Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası hakimlərinin və ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, o bu vəzifədə Ceyhun Həsənovu əvəz edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı