Qurani-Kərimin yandırılmasına qarşı etiraz aksiyası keçirildi

İsveçin paytaxtı Stokholmda Qurani-Kərimin yandırılmasına qarşı etiraz aksiyası keçirilib.

Metbuat.az xəbər verir ki, aksiya müsəlman dərnəkləri tərəfindən təşkil edilib. Aksiyada 500-ə yaxın insan iştirak edib. Təxribatlara etiraz edən nümayişçilər, Quranın yandırılmasının qadağan edilməsini tələb ediblər. Nümayişçilər əllərində “Qurani-Kərimin yandırılmasını dayandırın” və “Müsəlmanları təhqir etməyə son” yazılan plakatlar qaldırıblar.

Aksiya iştirakçıları təxribatın müsəlmanlara qarşı hücum olduğu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR