Türkiyə və Rusiya arasında gərginlik

"Türkiyə “Azov” komandirlərini Ukraynaya təhvil verərək razılaşmaları pozub".

Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. “Azov” batalyonu komandirlərinin Ukraynaya qaytarılmasında Türkiyənin məsuliyyət daşıdığını deyən Peskovun sözlərinə görə, Türkiyə razılaşmaları pozub. Peskov bəyan edib ki, əsir mübadiləsinin şərtlərinə görə komandirlər müharibənin sonuna qədər Türkiyədə qalmalı idi. Peskov həmçinin bildirib ki, Türkiyə komandirlərin azad ediləcəyi barədə Rusiyaya məlumat verməyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyədən Ukraynaya “Azov” komandirləri ilə birgə qayıtdığını açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR