58 minə yaxın namizəd MİQ imtahanına dəvət olundu

11 iyul tarixindən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir.

Metbuat.az xəbər verir ki, Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən verilən məlumata görə, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 58 000-ə yaxın namizəd dəvət olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR