Putin ona qarşı üsyan edən Priqojinlə görüşdü

Rusiya Prezidenti Vladimir Putin “Vaqner”in üsyanından 5 gün sonra Kremldə qruplaşmanın lideri Yevgeni Priqojinlə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib. İyunun 29-da keçirilən görüş 3 saat davam edib. Dmitri Peskov jurnalistlərə bildirib ki, Putin görüşə bölmə komandirləri də daxil olmaqla 35 nəfəri dəvət edib. “Vaqner” komandirləri Putinə onun əsgərləri olduqlarını və onun üçün döyüşməyə davam edəcəklərini deyiblər.

Qeyd edək ki, “Vaqner” qruplaşması ordu rəhbərliyində dəyişiklik tələbi ilə üsyan qaldırmışdı. Gərginlik Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə səngiyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR