Türkiyənin qərarına dünya liderləri necə reaksiya verdi? - AÇIQLAMALAR

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan İsveçin NATO-ya üzv olmasına razılıq verib. İsveç hökuməti də Türkiyəni Avropa Birliyinə üzvlük prosesində, o cümlədən viza rejiminin liberallaşdırılması prosesində fəal şəkildə dəstəkləyəcəyini bəyan edib.

Metbuat.az xəbər verir ki, bundan sonra dünya liderlərindən ard-arda açıqlamalar gəlib.

ABŞ prezidenti Co Bayden verdiyi yazılı açıqlamada Türkiyə, İsveç və NATO-nun baş katibi Yens Stoltenberqin yaydığı bəyanatı, o cümlədən prezident Ərdoğanın İsveçin NATO-ya üzvlük protokolunu təsdiq üçün Türkiyə Böyük Millət Məclisinə göndərmək öhdəliyini alqışlayıb. O, İsveçi NATO-nun 32-ci müttəfiqi kimi qarşılamağı səbirsizliklə gözlədiyini bildirib.

Böyük Britaniyanın baş naziri Rişi Sunak bu razılşamanı "NATO üçün hamımızı daha təhlükəsiz edən tarixi bir an" kimi qiymətləndirib. Sunak İsveçi ən qısa zamanda ittifaqda görməyi gözlədiklərini ifadə edib.

Danışıqlar nəticəsində Türkiyənin təsdiqi ilə aprel ayında NATO-ya qədəm qoyan Finlandiya prezidenti Sauli Niinistö "İsveç olmasaydı Finlandiyanın NATO-ya üzvlüyü tam olmazdı" fikirlərini səsləndirib.

Avropa Şurasının prezidenti Çarlz Mişel sosial media hesabında "Vilnüsdən xoş xəbər" yazaraq razılaşma ilə bağlı məmnunluğunu ifadə edib.

Avropa Birliyinin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Cosef Borrell "İsveçin NATO-ya yolu açıqdır" fikirləri ilə münasibət bildirib.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR