Uşaq evində yayılan görüntülərlə bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə və xəbər saytlarında uşaq evlərinin birində, uşaqların orada şiddət görmələri ilə bağlı müsahibə formasında görütü yayılıb.

Metbuat.az xəbər verir ki, görüntüdəki iddialarla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq araşdırma aparıb. Görüntülərin Şəki Qarışıq Tipli Uşaq Evində 2017-ci ildə çəkildiyi bildirilib:

"Paylaşılan görüntülərlə bağlı yenidən Şəki Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. Yetkinlik Yaşına Çatmayanların işləri və Hüquqlarının müdafiəsi üzrə komissiyadan verilən məlumata görə görüntülər 2017-ci ildə çəkilib, həmin iddialarla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılıb və fakt təsdiqini tapmayıb", - deyə Komitədən bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR