Ərəb klubundan “Mançester Siti”yə çılğın təklif

Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal” “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardu Silvanı transfer etməyə çalışır.

Metbuat.az xəbər verir ki, Səudiyyə klubu 28 yaşlı futbolçu üçün “Mançester Siti”yə 70 milyon avro təklif edib. “Əl-Hilal” futbolçunun özünə də fantastik məvacib təklif edib. Lakin məvacibin məbləği açıqlanmayıb. “Mançester Siti” hələlik təklifi nəzərdən keçirir.

Qeyd edək ki, Bernardu Silva ötən mövsüm “Mançester Siti”nin heyətində 52 oyuna çıxıb, yeddi qol vurub və altı məhsuldar ötürmə edib. “Mançester Siti” ilə 2025-ci ilin iyun ayına kimi müqaviləsi olan Silvanın PSJ-yə keçmək istədiyi irəli sürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR