Mehdiabadda ticarət mərkəzi yandı - VİDEO

Bu gün Abşeron rayon Mehdiabad qəsəbəsində ticarət mərkəzi yanıb.

Metbuat.az xəbər verir ki, qəsəbənin 28 May küçəsində yerləşən ticarət mərkəzindəki yanğın sürətlə yayılmağa başlayıb. Hadisə yerinə Abşeron, Binəqədi və digər rayonların yanğından mühafizə qüvvələri cəlb edilib və yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın ümumi sahəsi 2240 m² olan üçmərtəbəli mansard tipli tikilidə baş verib. Müxtəlif təyinatlı obyektlərin fəaliyyət göstərdiyi ticarət mərkəzinin 1-ci mərtəbəsindəki marketdə tavan 10 m² sahədə, 6 ədəd məişət avadanlığı, bitişik ümumi sahəsi 40 m² olan dönərxananın yanar konstruksiyaları 20 m² sahədə, taxta konstruksiyalardan ibarət mansard 110 m² sahədə və fasad üzlüyü 40 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR