“Fənərbaxça” və “Qalatasaray” bu futbolçu üçün savaşır

Yeni mövsüm hazırlıqlarını davam etdirən “Fənərbaxça” Rayan Kent, Edin Dzeko və Alexander Djikunun transferlərindən sonra yeni futbolçu üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “Fənərbaxça” Cengiz Ünderi transfer etməyə çalışır. “Takvim” qəzetinin məlumatına görə, “Fənərbaxça” adı “Qalatasaray”la hallanan Cengiz Ünder üçün “Marsel” klubuna 4 milyon avro təklif edib. Məlumata görə, “Marsel” klubuCengiz Ünderin transferinə razılıq versə də, 4 milyon avronun az olduğunu qeyd edib. İddialara görə, “Fənərbaxça” futbolçu üçün məbləği yüksək olan yeni təklif hazırlayıb.

“Qalatasaray”ın futbolçuya nə qədər təklif edildiyi açıqlanmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR