300 milyonluq təklifi qəbul etdi

Ötən mövsüm "Yuventus"da cəmi bir oyunda start heyətdə meydana çıxan Pol Poqbaya böyük müqavilə təklifi gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Canluka Di Marzio açıqlama verib. O bildirib ki, Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandası Poqbaya illik 100 milyon avro dəyərində 3 illik müqavilə təklif edib. Poqbanın təklifi nəzərdən keçirdiyi bildirilir. Bəzi dairələr isə iddia edir ki, Poqba təklifi qəbul edib.

“Yuventus” avrokuboklarda iştirak etmədiyinə görə, Pol Poqba klubdan ayrılmaq istəyir.

Qeyd edək ki, Pol Poqbaaldığı zədə səbəbindən dünya çempionatında Fransanın heyətinə daxil edilməyib. Ötən mövsüm "Yuventus"da zədə səbəbindən Poqba start heyətdə cəmi 1 oyuna çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR