Sərhəddə təxribat törədən daha bir erməni hərbçisi yaralandı - YENİLƏNİB

Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində törətdiyi növbəti təxribat zaman Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində daha bir erməni hərbçi yaralanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Yaralı hərbçi hospitala yerləşdirilib. Onun durumu orta-ağır qiymətləndirilir.


09:49

Azərbaycanla sərhəddə təxribat törədən Ermənistan hərbçisi yaralanıb.

Yaralı hərbçi hospitala yerləşdirilib.

Qeyd edək ki, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə atıcı silahlardan atəş açıblar.

Azərbaycan Ordusunun bölmələri cavab tədbirləri görüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı