"Qarabağ" Azərbaycanın xal ehtiyatını artırdı

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqində dəyişiklik olub.

Metbuat.az xəbər verir ki, yeni reytinqdə Azərbaycan hesabına növbəti xalları yazdırıb.

Buna "Qarabağ"ın dünən "Linkoln"la oyunda qalib gəlməsi (2:1) səbəb olub. Cəbəllütariqdə qazanılan qələbə nəticəsində ölkəmiz xal ehtiyatını daha 0,250 artırıb. Azərbaycan son 5 mövsümdəki xallarını 14,500-ə çatdırıb. Ölkəmiz hazırda reytinq siyahısında əvvəlki kimi 29-cu pillədə qərarlaşıb. 28-ci yerdəki Slovakiyanın 14,625 xalı var. Moldova 11.125 xalla 30-cudur.

Qeyd edək ki, siyahıya 88.928 xalla İngiltərə başçılıq edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR