Qiymətləri ilə gündəm olan lüks restoran bu müğənninin imiş - FOTO

Novxanıda yerləşən restoranların birində müştəriyə təqdim edilən hesabda ofisiantın göstərdiyi xidmətə görə böyük məbləğdə "servis haqqı"nın tələb olunması geniş müzakirələrə səbəb olub. Belə ki, müştəri hesabı ödəmək istəyəndə ona təqdim edilən çekdə ümumi hesabın 25 faizinin "servis haqqı" olaraq hesablanması etirazla qarşılanıb. Bəziləri 25 faizlik servis haqqının qəbuledilməz olduğunu bildirib.

Metbuat.az "Yenisabah"a istnadən bildirir ki, müzakirələrə səbəb olan restoran "My Beach by Niyam Salami" adlanır və müğənni Niyam Salamiyə məxsusdur. İfaçı sözügedən biznesinin açılışını 2022-ci ilin 18 noyabrında edib. Restoranda qiymətlər də hər kəsin cibinə uyğun deyil.

Hər axşam 19:00-dan sonra qonaqlara canlı musiqi, hava gimnastı şousu, jonqlyor şou, rəngli quşlar şousu da təklif olunur. Menyunun heç bir yerində isə 25%-lik servis haqqı tutulacağına dair məlumat verilməyib.

Qeyd edək ki, 2021-ci ildə Niyam Salami Sumqayıt şəhərində icarəyə götürdüyü "Salam-İ" restoranında karantin qaydalarını pozduğuna görə, 5000 manat cərimələnmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR