Ronaldo bu davranışı ilə müsəlman azarkeşlərin könlünü fəth etdi - VİDEO

Bir müddət əvvəl qol vurandan sonra səcdəyə getməklə alqış toplayan Kriştiano Ronaldo bu dəfə də müsəlman azarkeşlərin diqqətini çəkib.

Metbuat.az xəbər verir ki, “Əl-Nəssr” klubu Ronaldo ilə bağlı xüsusi video paylaşıb. Klubun düşərgəsinə gələn Ronaldo, “Salamun aleykum” deyərək hamını salamlayıb. Ardınca o futbolçularla ayrı-ayrılıqda salamlaşıb. Daha sonra futbolçular məşqə başlayıblar.

Qeyd edək ki, Ronaldo “Əl-Şəbab” klubu ilə oyunda qol vurandan sonra səcdəyə getmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR