Ərdoğan və Bayden görüşü bir saatdan çox çəkib - VİDEO

ABŞ və Türkiyə prezidentləri - Cozef Baydenlə Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçirilən sammitdə bir araya gəliblər.

Metbuat.az xəbər verir ki, liderlərin görüşü 1 saat 15 dəqiqə çəkib.

Görüşün əvvəllində Ərdoğan Baydenin onu yenidən prezident seçilməsi münasibətilə təbrik etdiyi üçün təşəkkürünü bildirib. Eyni zamanda, Türkiyə lideri ABŞ-də qarşıdakı seçki prosesində Baydenə uğurlar diləyib.

Görüşüşdə ikitərəfli əlaqələr və təhlükəsizlik sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Ağ Ev liderlərin görüşü ilə bağlı məlumat yayıb. Bildirilib ki, liderlər qarşılıqlı maraq doğuran regional məsələləri, o cümlədən Ukraynaya davamlı dəstəyi və Egey dənizində sabitliyin qorunmasının vacibliyini müzakirə ediblər.

Qeyd olunur ki, Bayden və Ərdoğan müdafiə və iqtisadi prioritetlər barədə də fikir mübadiləsi aparıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR