​Tacikistanlı iş xanımı Azərbaycanda təltif edildi - FOTO

İş həyatında daima uğurlu yeniliklərə imza atan tacikistanlı iş xanımı, bu dəfə Azərbaycanda adından söz etdirdi. Öz ölkəsinin tanınmış işgüzar xanımları sırasında olan tacikistanlı dizayner və biznes ledi Umeda Parsaeva “Charme”, “Upman” geyim brendi və “Paese” Tacikistan kosmetika brendinin təsisçisidir. O eyni zamanda bodibilder, dizayner, model və müğənni kimi də fəaliyyət göstərir.

İşgüzar xanım 1995-ci ildə Tacikistanda anadan olub. İlk ali təhsilini Rusiya-Tacikistan Slavyan Universitetində alan Umeda Parsaeva, daha sonra Pekinuniversitetlərindən birində biznes və maliyyə təhsili alır. Poliqlot xanım 5 dildə sərbəst danışır və bu onun xaricdəki uğurlu biznes fəaliyyətində böyük rol oynayır.

O, anasının 2003-cü ildə qurduğu biznesi fəal şəkildə tanıtmağa başlayandan sonra öz ölkədə populyarlıq qazanır. “Charme” bu gün Tacikistanın ən məşhur mağazalarından biridir. İlk vaxtlar ənənəvi tacik qadın geyim üslubunu yansıdan brend, zamanla təkmilləşərək Avropa üslubunun milli tərzlə kombinasiyası olmuşdur.

Rusiyanın “Letique Cosmetics” brendinin Tacikistandakı rəsmi nümayəndəsi olan gənc biznes ledi Umeda Parsaeva, 2 iyul 2023-cü il tarixindəDreamland oteldə baş tutan “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The İnnovative Enterpreneur of the Year”nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR