Magistr olmaq istəyənlərin nəzərinə - Seçim başa çatır

13 iyul saat 09:15-ə olan məlumata əsasən, 15191 bakalavr (Azərbaycan bölməsi üzrə 13990, rus bölməsi üzrə 1201) öz ərizəsini təsdiq edib.

Dövlət İmtahan Mərkəzindən Metbuat.az-a verilən xəbərə görə, 1256 bakalavr isə ixtisaslaşma seçimini yadda saxlasa da, hələlik ərizəsini təsdiq etməyib.

İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.

Müsabiqəyə yalnız 13 iyul saat 23:59-dək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR