Bakıda itkin düşən internat uşağı tapıldı

Bakıda itkin düşən internat uşağı tapıldı
15:26 19 Yanvar 2015
138 Ölkə
Ölkə mətbuatı
A- A+

İkin düşdüyü deyilən 10 saylı internat məktəbinin şagirdi Vəzir Həsənovdan xəbər var.

Təhsil Nazirliyindən ANS PRESS-ə daxil olan məlumatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində Bakının Pirşağı qəsəbəsində yerləşən 10 saylı internat məktəbinin şagirdi Vəzir Həsənovun itkin düşməsi ilə bağlı yayılan xəbərlər öz təsdiqini tapmayıb.

Məlum olub ki, yanvarın 5-də məktəbə qayıtmaq adı ilə atasının evindən çıxan Vəzir Kürdəmir rayonuna dayısıgilə gedib. Bir gün sonra dayısı bu barədə Vəzirin atasına xəbər verib.

İnternat məktəbindən verilən məlumata görə, VII sinif şagirdi Vəzir atası Azər Həsənovun yazılı müraciəti əsasında dekabrın 25-də evə göndərilib. Tətil günlərini uşaq evdə ailəsi ilə birgə keçirib. Tətildən sonra böyük qardaşı Vəziri internat məktəbinə yola salıb. Lakin uşaq məktəb əvəzinə Kürdəmir rayonu Xəlsə kəndinə dayısının yanına gedib.

Hazırda Vəzir valideynlərinin yanındadır. Atası uşağı özü internat məktəbinə gətirəcəyini bildirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=320562

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR