Avropa nəhəngləri 16 yaşlı türklə maraqlanır - "Barselona" yaxındır

"Barselona" Arda Gülərdən sonra indi də 16 yaşlı Ali Canpolat üçün hərəkətə keçib.

Metbuat.az türk mediasına istinadən bildirir ki, "Ayntraxt Frankfurt"un 17 yaş altı komandasında forma geyinən gənc futbolçu ilə həmçinin "Çelsi", "İnter", "Ayaks", "Yuventus", "Liverpul" və "PSJ" kimi nəhəng klublar da maraqlanırlar.

Kataloniya təmsilçisinin qısa zamanda transferi bitirmək istədiyi və razılaşmaya yaxın olduğu bildirilir.

Qeyd edək ki, Ali Canpolat "Ayntraxt"da cəmi 17 oyun keçirib, 12 qol və 8 asistə imza atıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR