Ançelotti Ardaya nöqsan tutdu

“Real Madrid”də üçüncü məşqini başa vuran Arda Gülər performansı ilə baş məşqçi Karlo Ançelottini valeh edib.

Metbuat.az xəbər verir ki, bununla belə italiyalı məşqçi milli futbolçunun hələ fiziki cəhətdən lazımi səviyyədə olmadığını qeyd edib. “Marca” qəzetinin məlumatına görə, Arda Gülər və Ançelotti arasında müəllim-tələbə münasibəti yaranıb. Məlumatda, Ardanın istedadı ilə hər kəsi heyran etdiyi, ancaq fiziki olaraq lazımi səviyyədə olmadığı bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR