Ulduz futbolçu Türkiyə klubuna keçdi

Türkiyənin "Adana Dəmirspor" klubu "Fənərbaxça" və "Mançester Yunayted"in keçmiş futbolçusu Luis Nani ilə prinsipial razılığa gəlib.

Metbuat.az xəbər verir ki, dünyaca məşhur portuqaliyalı futbolçu müqavilə imzalamaq üçün İstanbula gəlib. Məlumata görə, "Adana Dəmirspor" Luis Nani ilə artıq prinsipial müqavilə imzalayıb. Rəsmi müqavilə isə yaxın saatlarda imzalanacaq. Luis Nani ötən mövsüm “Melburn” klubunda 10 oyuna çıxıb. Qol vura bilməyən oyunçu, 2 məhsuldar ötürmə etməyi bacarıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR