Qırğızıstanlı gənc Aiperi Talantbekova “Global Golden People Awards 2023”də mükafata layiq görüldü

Mövcud cəmiyyətlərin aparıcı qüvvəsi gənclərdən ibarətdir. Bu məzmunda gənclərin aktiv ictimai fəaliyyəti təqdirəlayiqdir. Onun adı öz ölkəsində potensiallı gənclər siyahısındadır - Aiperi Talantbekova.

Aiperi Talantbekova Qırğızıstanın iki ali təhsili olan istedadlı gənclərindəndir. İxtisasca maliyyəçi olan gənc qız Qırğızıstanın dövlət kanalında diktor, model və blogger kimi fəaliyyət göstərir.

Gənc kadr kimi televiziyaya ilk addımlarını atan Aiperi Talantbekova, bu sahədə təkmilləşmək və televiziyaçılığın inkişafına töhfə vermək istəyir.

Aiperi Talantbekova, 2 iyul 2023-cü il tarixində paytaxtımızda yerləşən Dreamland oteldə baş tutan “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The İnnovative İnfluencer of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR