Kim Çen Inın görüntüsündəki bu detal maraqla qarşılandı - FOTO

Şimali Koreya lideri Kim Çen Inın görüntüsü maraqla qarşılanıb.

Metbuat.az xəbər verir ki, son ballistik raket buraxılışını Kim Çen In şəxsən izləyib. Bu zaman çəkilən fotoda masanın üzərində smartfon telefonun olması diqqət çəkib. Xarici KİV-lər yazır ki, telefon Kim Çen Ina məxsusdur. Parlaq smartfon telefonun qatlana bilən model olduğu qeyd edilib. Telefonun Çin istehsalı olduğu deyilir. “Joongang Ilbo” qəzeti yazır ki, BMT sanksiyalarına görə, Şimali Koreyaya elektron cihazların idxalı və ixracı qadağan edilib. Bu qadağaya diqqət çəkən qəzet yazır ki, əgər fotoşəkildəki obyekt qatlanan telefondursa, onun Çin üzərindən Şimali Koreyaya qaçaq yolla gətirilmə ehtimalı yüksəkdir.

Qeyd edək ki, müasir cihazlara və texnologiyaya marağı ilə tanınan Kim Çen In daha əvvəl də müxtəlif model planşet və kompüterlərlə görüntülənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR