1134 nəfər bu məktəblərə işə qəbul üçün imtahan verəcək

Dövlət İmtahan Mərkəzi Mədəniyyət Nazirliyi ilə birgə 2023-cü il iyulun 16-da uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirəcək.

DİM-dən Metbuat.az-a verilən xəbərə görə, imtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

Musiqi istiqamәti üzrә imtahan verәn iştirakçılar imtahana gәlәrkәn özləri ilə mütlәq HB sәrtliyindә sadә karandaş, qәlәmyonan vә pozan gәtirmәlidirlər.

İmtahan müddәti direktor vә direktor müavinlәrinin işә qәbulu imtahanında 3 saat, müәllimlәrin işә qәbulu imtahanında isә 2 saatdır.

Direktor vә direktor müavinilәrinin imtahanında namizədlərə 100, müәllimlәrin imtahanında isə 70 test tapşırığı tәqdim olunur. Hәr düzgün cavab bir balla qiymәtlәndirilir. Sәhv cavablar ümumi nәticәyә tәsir göstәrmir.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 5 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 1134 namizəd (86 nəfər direktor, direktor müavini, 1048 nəfər isə müəllim vəzifəsinə işə qəbul) qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 106 nəzarətçi‑müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.

İmtahanda 7 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil) namizəd də iştirak edəcək. Bu namizədlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binasında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab kartının doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR