İki futbolçuya fantastik təklif

Səudiyyə Ərəbistanı klubları sensasiyalı transferləri davam etdirir.

Metbuat.az xəbər verir ki, Səudiyyə klubunun növbəti hədəfi “Mançester Siti”nin ulduz futbolçusu olub. “The Athletic”in xəbərinə görə, “Əl-Əhli” klubu "Mançester Siti"nin əlcəzairli futbolçusu Riyad Mahrezə təklif göndərib. Məlumata görə, klub Mahrezə 25 milyon funt-sterlinq təklif edib. “Mançester Siti”nin yeni müqavilə təklif etməyə hazırlaşdığı Mahrez hələlik qərarını verməyib.

İddialara görə, “Əl-Əhli” “Mançester Siti"nin digər futbolçusu Bernardo Silvanı da trasfer etməyə çalışır. Qeyd edək ki, bundan əvvəl Xorxe Jesusu baş məşqçi postuna gətirən “Əl-Əhli” Sergej Milinkovic-Savic, Kalidou Koulibaly və Ruben Neves kimi mühüm transferlərə imza atıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR