"Real" Ardanı başqa kluba göndərir? - Ançelotti qərarını verdi

“Real Madrid”in “Fənərbaxça”dan transfer etdiyi futbolçu Arda Gülər məşqdəki performansı ilə baş məşqçi Karlo Ançelottini heyran edib.

Metbuat.az xəbər verir ki, 18 yaşlı futbolçu bacarığını artıq ortaya qoyub. “Marca” qəzeti yazır ki, məşqdəki performansından sonra “Real Madrid” rəhbərliyi Ardanı icarəyə göndərmək planından daşınıb. Bildirilir ki, Karlo Ançelotti Ardanı klubda saxlayaraq ona əsas heyətdə şans vermək istəyir. Buna qədər isə Ardanın 1 il icarəyə göndərilməsi gündəmdə idi.

Məlumata görə, Ardanın “Real”a transferi azarkeşlər tərəfindən də böyük maraqla qarşılanıb. Sosial mediadakı reaksiyalardan sonra klub, Ardanın icarəyə göndərməyin uyğun olmadığını hesab edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR