"Fənərbaxça"dan "Yuventus"un əfsanəsinə təklif

"Fənərbaxça" "Yuventus"un əfsanəvi müdafiəçisi Leonardo Bonuççiyə transfer təklifi göndərib.

Metbuat.az xəbər verir ki, Bonuççinin "Yuventus"la daha 1 illik müqaviləsi olsa da, klub onu heyətdə düşünmür. İtalyan jurnalist Nikolo Şiranın xəbərinə görə, 36 yaşlı müdafiəçi iki komandadan transfer təklifi alıb. Bu komandalardan biri “Fənərbaxça”, digəri isə Səudiyyə Ərəbistanı klubudur.

Bonuççi hər iki təklifi rədd edib. İtaliyanı tərk etmək istəməyən təcrübəli müdafiəçi üçün baş məşqçisi Mauritsio Sarri olan “Latsio”nun seçim ola biləcəyi irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR