Həmkarları Madər Musayevdən yazdı

Xəbər verdiyimiz kimi, deputat Madər Musayev vəfat edib.

Metbuat.az xəbər verir ki, həmkarlarınını ölümü ilə bağlı deputatlar paylaşım ediblər:

Ceyhun Məmmədov: "Xeyirxah insan, deputat həmkarımız Madər Musayevin vəfatı bizi üzdü. Ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir, Allahdan səbr diləyirəm! Allah rəhmət eləsin!".

Elnur Allahverdiyev: "Bu gün bir müddət davam edən xəstəlikdən sonra həmkarımız, Milli Məclisin deputatı Madər Musayev dünyasını dəyişib. Madər müəllim vətənpərvər insan, dövlətini sevən vətəndaş, yanımcıl dost idi. Ailəsinə və yaxınlarına başsağlığı verir, dərin hüznlə kədərimi bildirirəm. Allah rəhmət etsin!"

Razi Nurullayev: "Deputat həmkarım Hacı Madər Musayevin vəfatı məni şok vəziyyətinə salıb doğurdan da. Parlamentə gəldiyim gündən o mənim dayağım oldu. Dostlaşdıq. Dar gündə məsləhət aldığım və doğru yol göstərənim idi. Onun vəfatı zərbə oldu. Nə qədər insanları, yaxınlarını gözüyaşlı qoydu. Atam və anam rəhmətə gedəndə çox üzülmüşdüm. Dayaqlarım getmişdi. İndi də eyni hissləri keçirirəm. Allah sənə rəhmət eləsin, Böyük İnsan!".

Ramin Məmmədov: "Dəyərli və xeyirxah insan, deputat həmkarımız Madər Musayevin vəfatı bizi sarsıtdı. Ailəsinə və sevənlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyirəm! Allah rəhmət eləsin!".





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR