"Qarabağ" - "Linkoln" oyununa indiyədək satılmış biletlərin sayı bəlli oldu

Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı müəyyənləşib.

"Köhlən atlar"dan Metbuat.az-a verilən məlumata görə, qarşılaşma üçün 12 min bilet alınıb.

Qeyd edək ki, iyulun 19-da Bakı Olimpiya Stadionunda baş tutacaq görüş saat 20:00-da start götürəcək. Azərbaycan təmsilçisi səfərdəki ilk matçda qalib gəlib - 2:1.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR