Bu gün MİQ üzrə sonuncu imtahanlar keçiriləcək

Bu gün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günüdür.

Metbuat.az xəbər verir ki, imtahanlara texnologiya, biologiya, alman dili, rus dili, rus dili və ədəbiyyatı fənləri üzrə namizədlər dəvət olunub.

Xatırladaq ki, test imtahanları iyulun 11-dən başlanıb və iyulun 15-dək davam edəcək. Ümumilikdə 58 minə yaxın namizədin iştirak edəcəyi imtahanlar ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir.

Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.

Xatırladaq ki, riyaziyyat fənni üzrə 4 400, fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd, tarix və coğrafiya fənləri üzrə 6 353, informatika, fizika və fransız dili fənləri üzrə 6 627, ibtidai sinif müəllimliyi üzrə 11 004, musiqi fənni üzrə isə 3 255, Azərbaycan dili və ədəbiyyat üzrə 7 187, Azərbaycan dili (rus bölməsi) üzrə 196, ingilis dili üzrə 5635, təsviri incəsənət fənnindən isə 1 468 namizəd imtahanlarda iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR