Azərbaycan XİN Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə 15 İyul çevriliş cəhdinin 7-ci ildönümü ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, Azərbaycan XİN Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı "Twitter"də paylaşım edib.
"Qardaş Türkiyənin 15 İyul - Demokratiya və Milli Birlik Günündə dövlət çevrilişinə cəhd edilən həmin qaranlıq gecəni Türkiyə dövlətçilik tarixinin qəhrəmanlıq dastanına çevirən Şəhidlərimizin xatirəsini hörmətlə yad edirik.
Demokratiya və Milli Birlik Günün qutlu olsun, can Türkiyə", - paylaşımda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR