Türkiyənin bir neçə vilayətində meşələr yanır - FOTO

Türkiyənin bir neçə vilayətində meşə yanğınları baş verib.

Metbuat.az “Haber Global”a istinadən xəbər verir ki, Mersinin Gülnar rayonunda meşə sahəsində yanğın başlayıb. Kavakoluğudakı ərazidə yanğın naməlum səbəbdən baş verib.

Hadisə yerinə 3 yanğınsöndürmə helikopteri, çoxlu sayda suçiləyici, meşə təsərrüfatı birliyinin əməkdaşları cəlb olunub. Yanğınsöndürənlər alova havadan və qurudan müdaxilə etməyə davam edir.

Hatayın Belen rayonunda da meşə yanğını baş verib. Yanğınsöndürənlər havadan və qurudan müdaxilə ilə alovu söndürməyə çalışırlar. Soğuoluk bölgəsindəki yaşayış məntəqələrinin sakinləri təxliyə edilib.

Kahramanmaraşda, fevralın 6-da zəlzələlərin baş verdiyi Osmaniyenin Düziçi rayonunda da meşə yanır. Yanğına havadan və qurudan müdaxilə davam edir.

Qeyd edilir ki, Amanos dağlarında 1 200 hündürlükdə olan Dumanlı yaylasının meşə sahəsində naməlum səbəbdən yanğın baş verib.

Bölgəyə yanğınsöndürmə helikopteri, çoxlu sayda suçiləyici, meşə təsərrüfatının əməkdaşları cəlb edilib.

Yanğına havadan və qurudan müdaxilə davam edir.

Məlumata görə, Çanaqqalanın Kızılkeçili kəndi yaxınlığında iki ərazidə meşə yanğını baş verib. Yanğına havadan və qurudan müdaxilə edilir. Sakinlərin xəbərdarlığından sonra əraziyə yanğınsöndürən helikopteri cəlb olunub.

Çanaqqala valisi İlhami Aktaş və meşə təsərrüfatı birliyinin rəhbəri Ənvər Dəmirci ərazidəki işləri koordinasiya edirlər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR