Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti iyulun 18-i gündüzədək davam edəcək.
Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib:
"İyulun 18-i gündüzədək yağıntıların kəsiləcəyi gözlənilir. İyulun 19 və 20-də əksər rayonlarda yağmursuz hava şəraitinin müşahidə olunacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək".
Gülər Seymurqızı