Nazirlik REAL-a buna görə bir ay vaxt verdi

Ədliyyə Nazirliyi REAL-ın qeydiyyat üçün təqdim etdiyi 5 min üzvlük sənədini qəbul etməyib.

Metbuat.az xəbər verir ki, bu barədə partiyanın sədri İlqar Məmmədov məlumat verib.

"Deyir, reyestrdə adlarını göstərdiyiniz üzvlərlə əlaqə saxladıq. 986 nəfər partiyaya üzv olmadığını bildirdi. Daha 1058 nəfərin telefon nömrəsi kimi ofisinizin nömrəsini göstərmisiniz, bunu isə məqbul saymırıq. 2527 nəfər barədə məlumatlar (adı, soyadı, doğum tarixi) Əhalinin Dövlət Reyestrində tapılmadı (yəqin hərf səhvi kimi səbəblərə görə). Nəhayət, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə ölüb. Beləliklə, Partiyamızın siyahısında cəmi 463 nəfərim adı “keçərli” oldu.

Qanuna əsasən növbəti 30 gün ərzində ya 4500+ nəfərin məlumatlarını “düzəltməli”, ya da eyni qədər yeni üzv toplamalı, ya da partiyanı buraxmalıyıq".

Sədrin sözlərinə görə, partiya həftəsonu yekun qərarını açıqlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR