Türkiyədə mənzil almaq fevraldan sərfəli olacaq

Türkiyədə mənzil almaq fevraldan sərfəli olacaq
15:28 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə mənzil alanlara güzəştlər ediləcək. Trend-in “Haber7” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Nazirlər Kabineti yanında Mənzil Tikintisi Administrasiyasının (TOKİ) rəhbəri Ergün Turan bildirib.

Onun sözlərinə görə, hazırda administrasiya Türkiyədə daşınmaz əmlak alıcıları üçün imtiyazların xüsusi paketini hazırlayır: "Yalnız Türkiyə vətəndaşlarına şamil ediləcək yeni güzəşt paketi bu il fevralın 1-dən qüvvəyə minəcək".

Bununla yanaşı, E.Turan təkliflər paketinin detallarını açıqlamayıb.

Türkiyə Statistika İnstitutunun (TUİK) açıqladığı rəqəmlərə görə, 2014-cü ilin yanvar-sentyabr aylarında ölkədə 115,786 min ədəd ev satılıb ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 13,2 faiz çoxdur.

TUİK xəbər verir ki, göstərilən dövrdə Türkiyədə mənzil satışı üzrə İstanbul 18,1 faizlik göstərici ilə liderlik edib.

Mənzil satışı üzrə ikinci yeri 6,1 faizlə Ankara tutub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2354704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR