“Beşiktaş” ulduz futbolçunu heyətə qatır

Halil Dərvişoğlu transferində "Qalatasaray"a, Duşan Tadiç transferində isə "Fənərbaxça"ya uduzan “Beşiktaş” yeni hücumçu ilə danışıqlara başlayıb.

Metbuat.az xəbər verir ki, “Beşiktaş” "Braqa"nın hücumçusu Rikardo Horta ilə danışıqlara başlayıb. Məlumata görə, Rikardo Hortanın transfer dəyəri 20 milyon avro civarındadır. Bildirilir ki, buna görə də, “Beşiktaş” 28 yaşlı futbolçunu icarəyə götürmək istəyir. Müqavilədə futbolçunu birdəfəlik almaq bəndi də olacaq.

Qeyd edək ki, karyerasında əvvəllər “Benfika” və “Malaqa” kimi klublarda çıxış edən Horta sol hücumçu kimi yanaşı, sağ cinah və ikinci hücumçu kimi də çıxış edə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR