"Taxıl sazişi" dayandı - Azərbaycanda çörək bahalaşacaq?

"Rusiyanın “Qara dəniz razılaşmaları faktiki olaraq qüvvədən düşüb” açıqlaması taxılın dünya bazar qiymətini 3 faizdən çox bahalaşdırıb".

Metbuat.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, investorlar yenidən taxıl qıtlığının olacağından ehtiyatlanırlar:

"Bununla belə, hələlik taxıl qıtlığı üçün ciddi iqtisadi əsaslar yoxdur. Qlobal taxıl anbarlarında məhsul çoxluğu müşahidə edilir. Digər tərəfdən, Rusiyanın bu anlaşmadan uzun müddət kənarda qalacağı güman olunmur. Azərbaycana gəldikdə, hazırda çörəyin qiymətinin yüksəlməsi üçün iqtisadi əsaslar yoxdur.

Əvvəlla, sahibkarların mövcud taxıl ehtiyatlarının əhəmiyyətli hissəsi buğdanın qiymətinin münasib olduğu dövrdə formalaşıb. İkincisi, qlobal bazardakı dəyişikliklərin yerli bazara real təsirləri qısa müddətdə müşahidə olunmur.

Üçüncüsü, Azərbaycanda taxıl biçini mövsümünün sonudur və yerli ehtiyatlar da artıb. Deməli, hazırda çörəyin qiymətinin artırılması üçün hər hansı real əsas yoxdur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı