Ançelotti Ardaya görə "Real"da böyük dəyişiklik etdi

“Real Madrid” Arda Gülərə və digər yeni trasferlərə görə oyun sistemini dəyişəcək.

Metbuat.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Karlo Ançelotti açıqlama verib. O bildirib ki, yeni oyunçuların transfer olmasına görə, klub bu mövsüm yeni oyun sistemi ilə oynayacaq. Edilən gənc transferlərə diqqət çəkən Karlo Ançelotti yarımmüdafiədə seçimlərinin artdığını bildirib. Fərqli oyun taktikasına keçəcəklərini qeyd edən məşqçi oyunçların performasından razı olduğunu qeyd edib.

Qeyd edək ki, Fənərbaxça"dan 20+10 milyon avroya "Real Madrid"ə keçən Arda Gülər məşqlərdə yaxşı performans nümayiş etdirir. Buna görə də, “Real” Ardanı icarəyə verməkdən imtina edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR