ABŞ Rusiyanı Qara dəniz "Taxıl sazişi"ni ləğv etmək qərarına yenidən baxmağa çağırıb.
Metbuat.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adam Hodgenin yaydığı bəyanatda deyilir:
"Biz Rusiya hökumətini qərarını dərhal yenidən nəzərdən keçirməyə çağırırıq. Moskvanın qərarı ərzaq təhlükəsizliyini pisləşdirəcək və milyonlarla insana zərər verəcək".
Qeyd edək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu.
Rusiya dünən "Taxıl sazişi"dən çıxdığını bəyan edib.