Ronaldonun Türkiyə barədə sözləri gündəm oldu

Yoldaşlıq görüşündə "Selta Viqo"ya 5:0 hesabı ilə uduzan "Əl-Nəssr" klubunun futbolçusu Kriştiano Ronaldonun Türkiyə Liqası barədə dedikləri gündəm olub.

Metbuat.az xəbər verir ki, Ronaldo Səudiyyə Ərəbistanı Liqasının bir ildən sonra Türkiyə Liqasını keçəcəyini iddia edib. Fərqli məğlubiyyətdən sonra danışan Ronaldo bir daha Səudiyyə Ərəbistanı Liqasını tərifləyib. O bildirib ki, Səudiyyə Ərəbistanı Liqası Türkiyə və Hollandiya Liqası kimi futbol çempionatlarını keçəcək.

Səudiyyə Liqasının MLS-dən daha yaxşı olduğunu iddia edərək, Lionel Messiyə də söz atan Ronaldo Avropa klubuna qayıtmayacağını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR