​Qırğızıstanlı müğənni Akulova Malika Dina “Global Golden People Awards 2023”ün ulduzu oldu

Akulova Malika Dina Qırğızıstanın məşhurpop müğənnilərindən biri olmaqla yanaşı, eyni zamanda aktrisa və uğurlu iş xanımıdır. Bu gün qırğız gəncliyin kumiri olan müğənni musiqiçi ailəsində dünyaya göz açıb. Dina genetik kodlarına uyğun olaraq uşaqlıqdan incəsənətə həvəs göstərir. Valideynləri onun bu istəyini anlayışla qarşılayır və bu yolda ona dəstək olurlar.

Müğənnilik karyerasına 6 yaşından başlayan Malika Dina 18 yaşında “The American Musical and Dramatic Academy”də təhsilini uğurla başa vurur və ifaçılıq sənətinin ən yaxşılarından birinə çevrilir.

Tələbəlik illərində istedadını açıq şəkildə nümayiş etdirən gənc qız bu gün Qırğızıstanı sərhədlərdən kənarda təmsil edən incəsənət xadimidir. Onun mahnıları reytinqlərdə hər zaman ön sıralarda qərarlaşır. Bir çox beynəlxalq festivalların qalibi olan gənc müğənni "İlin ən yaxşı müğənnisi" mükafatının qalibidir.

İncəsənətin bütün sahələrində xüsusilə ifaçılıq, rəqs və aktrisalıqda uğurlu olan Akulova Malika Dina 2 iyul 2023-cü il tarixində Bakıda baş tutan beynəlxalq “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Talented Singer of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR