PSJ-dən "Real"a keçmək istəyən Mbappe barədə sürpriz qərar

Fransa nəhəngi PSJ Kilian Mbappeni satmaq istəsə də, ulduz futbolçu bu mövsüm komandadan ayrılmaq fikrində deyil.

Metbuat.az xəbər verir ki, Mbappe mövsümöncəsi məşq üçün komandaya qayıdıb və PSJ-nin instaqramda yayımladığı videoda ulduz forvardın komanda ilə yenidən bir araya gəldiyi əks olunub. Buna qədər isə Mbappenin müqavilə imzalayana qədər əsas heyətlə məşqə buraxılmayacağı bildirilirdi. Mbappe PSJ-yə bildirib ki, klubda yeni müqavilə imzalamağı düşünmür və gələn yay başa çatacaq hazırkı müqaviləsini bitirmək istəyir. Fransa mətbuatının məlumatına görə, klub ona ya yeni müqavilə bağlamalı, ya da bu yay satılmalı olduğunu bildirib. Mbappe azad agent kimi klubdan ayrılaraq, transfer olacağı yeni klubundan böyük miqdarda pul almaq istəyir. PSJ isə Mbappenin azad agent kimi klubdan ayrılmasını istəmir.

Qeyd edək ki, Mbappenin bu yay 200 milyon avroya “Real Madrid”ə keçəcəyi bildirilirdi. “Real Madrid” Mbappenin transferini hələlik təxirə salaraq gələn yay Mbappeni pulsuz heyətə cəlb etməyi planlaşdırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR