PSJ iki futbolçunun üstündən xətt çəkdi - “Mançester Siti”yə gözlənilməz təklif

PSJ Bernardo Silvanı transfer etmək üçün “Mançester Siti” yə iki futbolçusunu təklif edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat verib. "Siti"yə təklif edilən iki futbolçunun Marko Verratti və Canluici Donnarumma olduğu bildirilir. Məlumata görə, “Mançester Siti” bu təklifi rədd edib. Bildirilir ki, Verratti bu yay "Barselona"ya keçən İlkay Gündoğanın yerinə potensial namizədlərdən biri idi. Donnarumma 1 nömrəli forma üçün Edersonla yarışa bilərdi. İddialara görə, Silva PSJ-yə keçməyə razılıq versə də, “Mançester Siti” onu heyətdə saxlamaq üçün səy göstərir.

Qeyd edək ki, 28 yaşlı portuqaliyalı ulduz Silvanın “Mançester Siti” ilə müqaviləsi gələn mövsümün sonunda başa çatır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR