Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 22 %-ə yaxın artırıb

Bu il iyulun 1-nə Azərbaycanın valyuta ehtiyatları 64 milyard 111 milyon ABŞ dolları təşkil edib.

Metbuat.az xəbər verir ki, bunun 85,7 %-i və yaxud 54 milyard 915,1 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 14,3 %-i və yaxud 9 milyard 195,9 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 1 milyard 540,4 milyon ABŞ dolları və yaxud 2,5 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1 milyard 477,5 milyon ABŞ dolları və yaxud 2,8 %, AMB-nin valyuta ehtiyatlarında isə 62,9 milyon ABŞ dolları və yaxud 0,7 % artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 11 milyard 432,3 milyon ABŞ dolları və yaxud 21,7 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 9 milyard 608,3 milyon ABŞ dolları və yaxud 21,2 %, AMB-nin valyuta ehtiyatları isə 1 milyard 824 milyon ABŞ dolları və yaxud 24,7 % artım nümayiş etdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR