Nazirin görüşərkən davranışları gündəm oldu: “Yuxu görürmüş” - VİDEO

ABŞ-ın maliyyə naziri Janet Yellenin Çinə səfəri zamanı çinli həmkarı Liu Kun qarşısında dəfələrlə əyilməsi ilə bağlı yeni iddia irəli sürülüb.

Metbuat.az xəbər verir ki, 76 yaşlı Yellenin davranışları ABŞ-da birmənalı qarşılanmayıb. ABŞ-da bəzi respublikaçı siyasətçilər Yellenin diplomatik protokolu pozduğunu bildiriblər. Yellenin niyə dəfələrlə önə əyildiyi məlum olmasa da, ABŞ və Çin mediası diqqətçəkən iddia səsləndirib. İddiaya görə, Yellen bu görüşdən əvvəl Pekindəki restoranda zərərli göbələklər yeyib. Yellenin bu göbələkləri yedikdən sonra davranışının dəyişdiyi irəli sürülüb. Nazirin sanki yuxuda olduğu irəli sürülüb. Bəzi mənbələr Yellenin görüşdən əvvəl dörd porsiya göbələk yediyini bildirib.

Nazirin Pekində nahar etdiyi restoranın aşpazı isə bu iddiaları təkzib edib. Göbələkləri yaxşıca təmizləyib yaxşıca bişirdiklərini deyən aşpaz Yellenə zərərli yemək vermədiklərini bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR