Həyat yoldaşı Çinarəyə bu qadağanı qoyub - VİDEO

Xəbər verdiyimiz kimi, aparıcı Çinarə Əliyevanın ötən gün ailə həyatı qurub.

Metbuat.az xəbər verir ki, estetik cərrah Ruslan Rəsulovla nikah masasına oturan aparıcınını toyunda bir çox məşhurlar iştirak edib.

Toyunda iki gəlinlik geyən aparıcının geyimi də sosial şəbəkədə müzakirə olunub. Xəzər tv-yə açıqlamasında o bildirib ki, gəlinliyinin biri 18 min, digəri isə 10 min manatadır.

Çinarə Əliyeva evləndikdən sonra istirahət üçün Dubaya gedəcəyini bildirib.

Həyat yoldaşı ilə açıqlamasında aparıcı bildirib ki, Ruslan Rəsulov onun geyiminə və işinə qarışmır. Sadəcə toy məclislərində aparıcılıq etməsinə qarşıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR