İranda deputat həbs edildi

Təbrizin deputatı həbs edilib.

Metbuat.az xəbər verir ki, bu barədə "Mouze" teleqram kanalı məlumat yayıb.

Qeyd edilib ki, İran parlamentinin Təbrizdən seçilmiş deputatı Əhməd Əlirza Beygi məhkəmənin qərarı ilə 1 il həbs cəzasına məhkum edilib.

Məlumata əsasən, millət vəkili keçmiş sənaye, mədən və ticarət naziri Rza Əmini Fatiminin impiçment edilməsinin qarşısını almaq məqsədi ilə deputatlara rüşvət olaraq avtomobillər verilməsini ifşa etdiyinə görə, “yalan məlumatlar yaymaq” da ittiham edilib.

Qeyd edək ki, millət vəkili həmin nazirin daha əvvələr də bu hərəkətini ifşa etmişdi. Onun bu ifşasına görə parlamentdə çıxışına qadağa da qoyulmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR