"Putin və Zelenski Ərdoğan üçün mübarizə aparır"

ABŞ-da nəşr olunan “Newsweek” jurnalı taxıl dəhlizi böhranının həllində Prezident Rəcəb Tayyib Ərdoğanın roluna diqqət çəkib.

Metbuat.az xəbər verir ki, nəşr yazır ki, Zelenski və Putin Qara dənizdə Ərdoğanın dəstəyini öz tərəfinə çəkmək üçün mübarizə aparır.Təhlildə qeyd edilir ki, Ərdoğan müharibə boyu Türkiyəni sülhün memarı kimi irəli aparıb. Xəbərdə Ukrayna Prezidenti Vladimir Zelenskinin Ərdoğana məktub göndərdiyi xatırladılıb. Putinin də Ərdoğana zəng vurduğu bildirilib. Həmçinin Türkiyə və Rusiya xarici işlər nazirləri arasında telefon danışığının olduğu bildirilib.

Rusiyanın şərtlərinin olduğunu qeyd edən “Newsweek” jurnalı Kiyev və Moskvanın yenidən Ərdoğanın dəstəyi üçün mübarizə apardığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR